“Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabı türk dilində nəşr olunub
Kitab Heydər Əliyevin dünyəvi dövlət quruculuğu və milli siyasət sahəsindəki çoxşaxəli səmərəli fəaliyyətinə həsr olunub
Türkiyənin Dialoq-Avrasiya Platformunun “DA Yayıncılık” nəşriyyatı Hidayət Orucovun “Heydər Əliyev və Azərbaycanda milli siyasət” kitabını türk dilində nəşr edib.
Lent.az-ın verdiyi məlumata görə, nəfis poliqrafik icrada işıq üzü görmüş kitab dünya şöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin dünyəvi dövlət quruculuğu və milli siyasət sahəsindəki çoxşaxəli səmərəli fəaliyyətinə həsr olunub.
Keçən əsrin 60-ci illərindən başlayaraq Azərbaycan kontekstində “sovet ideologiyası və millilik” məsələlərini görkəmli şəxsiyyətin siyasi bioqrafiyasında işıqlandıran kitab indiyədək rus, ingilis, gürcü və ərəb(iki dəfə) dillərinə tərcümə olunub yayılıb. Türkdilli oxuculara ərməğan olunan kitab müəllifin “Ekiz qardaşıma” adlı ön sözü ilə açılır. Oxucuya xitab olan ilk sözdə Azərbaycan - Türkiyə münasibətlərinin milli-mənəvi kökləri xatırlanıb, “Azərbaycanın sevinci - sevincimiz, kədəri - kədərimizdir” deyən Atatürkün, “Biz bir millət, iki dövlətik” deyən Ulu öndər Heydər Əliyevin konseptual fikirləri istiqamətində hazırkı əlaqələrin bəzi aspektlərinə toxunulub.
Sovet dövrünün məhdud imkanlarından maksimum istifadə edərək Azərbaycanda milli şüurun dirçəldirilməsi, milli ruhlu ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin artırılması, güclü sənaye və kənd təsərrüfatının təşkili bu gün Azərbaycanda həyata keçirilən geniş quruculuq işləri üçün tarixi hazırlıq mərhələsi hesab olunur. Kitabda görkəmli dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində həmin təməllər üzərində formalaşmış milli-mənəvi özgürlük konsepsiyası və onun həyata keçirilməsi, demokratik Azərbaycan cəmiyyətinin dünyaya inteqrasiyası məsələləri də ətraflı işıqlandırılıb.
Kitabdan siyasət tədqiqatçıları, ali məktəb müəllimləri və tələbələrlə yanaşı, Azərbaycanda dövlət quruculuğu məsələləri ilə maraqlanan geniş oxucu auditoriyası da faydalana bilər.

838