Qazax Dövlət Dram Teatrında 4 tamaşa səhnələşdiriləcək
Tamaşalardan biri Qarabağ mövzusunu əhatə edir
Qazax Dövlət Dram Teatrının kollektivi tamaşaçılarını 4 yeni səhnə əsəri ilə sevindirmək istəyir. Teatrda ardıcıl olaraq Əhməd Oruclunun “Sonuncu seriya” komediya əsəri, Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsəri, Haşım bəy Vəzirovun “Döymə qapımı, döyərəm qapını” əsəri və Hüseynbala Mirələmovun Qarabağ müharibəsindən bəhs edən “Xəcalət” əsəri səhnələşdiriləcək.
Dövlət sifarişi ilə hazırlanacaq “Kərgədan buynuzu” tamaşaçısının ictimai baxışına Mədəniyyət və Turizm Nazirliyindən də nümayəndələr gələcəklər. Hazırda kollektiv Sadiq İsgəndərovun quruluşçu rejissoru olduğu “Sonuncu seriya” tamaşası ilə bağlı məşqlərə başlayıb. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov məlumat verib. Onun sözlərinə görə, tamaşa gələn ay tamaşaçıların ixtiyarına veriləcək.
Vüsalə Cənnətova

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15