Millət vəkili Qənirə Paşayevanın “Nobel mükafatlı qadınlar” kitabının təqdimatı olub
Dekabrın 23-də Bakı Nobel İrsi Fondunda millət vəkili Qənirə Paşayevanın «Nobel mükafatlı qadınlar» kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirin aparıcısı, kitabın redaktoru, tanınmış jurnalist Flora Xəlilzadə bildirib ki, Q. Paşayeva bu günə qədər bir sıra kitabın müəllifi olub. Bu sahə ilə bağlı isə bu onun ilk kitabdır. O, kitabın nəfis şəkildə tərtib olunduğunu vurğulayıb.
Bakı Nobel İrsi Fondunun sədri, kitabın məsləhətçisi Toğrul Bağırov rəhbərlik etdiyi fondun kitabın nəşrinə dəstək verdiyini deyib. O, Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu, kitabın ön sözünün müəllifi Qustaf Nobelin nəşrin işıq üzü görməsi münasibətilə Q. Paşayevaya təbrik məktubu ünvanladığını da bildirib.
Milli Məclisin sədr müavini Bahar Muradova qadınların cəmiyyətdə tutduqları mövqe, dünyanın inkişafına verdikləri töhfədən danışıb. O, Nobel laureatı olan qadınların sayının azlığından təəssüfünü dilə gətirib.
Ombudsman Elmira Süleymanova da kitabın nəşrinin əhəmiyyətindən və Azərbaycan oxucusu üçün vacibliyindən danışıb.
Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov Q. Paşayevanı ictimai aktivliyi, mübarizliyi ilə seçilən şəxs olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel Q. Paşayevanın sülhpərvər fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib.
Sonra kitab müəllifi özü çıxış edib. Q. Paşayeva kitab barədə yüksək fikirlər səsləndirən şəxslərə təşəkkürünü bildirib.
Qeyd edək ki, «Nobel mükafatlı qadınlar» kitabında 1903-2009-cu illər arasında Nobel mükafatına layiq görülmüş 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığı haqqında portret-oçerklər toplanıb.
Kitabın məsləhətçisi Bakı Nobel İrsi Fondunun prezidenti Toğrul Bağırov, redaktorları Pərvanə Məmmədli və Flora Xəlilzadədir.

960