Dünyanın məşhur musiqiçiləri Bakıya toplaşır
Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 3-9 dekabr tarixində VI Rostropoviç Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, festivalda Rusiya, İtaliya, Böyük Britaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Zubin Meta, Enriko Dindo, Maksim Vengerov, Plamena Mangova, Sergey Krılov, Badri Maysuradze, Canluka Marçiano, Stüart Nil, Rauf Abdullayev, Fuad İbrahimov, Elvin Hoca Qəniyev, Maggio Musicale Fiorentino simfonik orkestri, İngilis və Litva kamera orkestrləri, eyni zamanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək.
Festivalın bədii rəhbəri Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçdir.
Festivala dekabrın 3-ü, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifası ilə start veriləcək. Festival çərçivəsində dünyaca məşhur musiqiçilər Bakıda konsert proqramı ilə çıxış edəcəklər.
Qeyd edək ki, festival 2007-ci ildən etibarən hər il təşkil edilir.
Jalə Məmmədli

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06