Qəbələdə Azərbaycanın qədim şəhər mədəniyyətinə həsr olunmuş konfrans başa çatıb
Qəbələdə “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans başa çatıb.
Pproqrama uyğun olaraq 3 bölmə üzrə keçirilən konfransda Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrində eramızdan əvvəl II-I minillikləri əhatə edən tunc və erkən dəmir dövrlərinə aid şəhər mədəniyyəti abidələrinin arxeoloji araşdırmaları, bu şəhərlərin Qafqazın qədim tarixində mövqeyi, antik dövr şəhərlərinin arxeoloji, memarlıq və tarixi tədqiqatları mövzusunda müzakirələr aparılmış, eləcə də Azərbaycanın orta əsr şəhərlərinin tədqiqatlarına dair məruzələr dinlənilib.
Proqrama uyğun olaraq konfransın 2 və 3-cü iclaslarında Azərbaycan arxeoloqlarından İlyas Babayevin “Qafqaz Albaniyasının paytaxt şəhəri-Qəbələ qazıntılarının ümumi nəticələrinə dair”, Əkbər Bədəlovun “Naxçıvanın antik dövr şəhərləri”, Emin Məmmədovun “Antik dövrdə Mingəçevirin (Samunis) tarixi-mədəni inkişaf mərhələləri”, Rizvan Qaradağlının “Azərbaycanın antik dövr memarlığı”, Təvəkkül Əliyevin “Qalatəpə şəhər məskənində yeni arxeoloji tədqiqatlar”, Qafar Cəbiyevin “Qəbələdə yeni arxeoloji tədqiqatlar”, Rəna Amenzadənin “Azərbaycanın orta əsr şəhərlərinin memarlığı”, Akif Quliyevin “Gülüstan qalası-Şirvanşahların iqamətgahı”, eləcə də Gürcüstandan Vaxtanq Liçelinin “Əhəmənilər dövründə və eramızdan əvvəl V-IV əsrlərdə Cənubi Qafqazda yaşayış yerlərinin inkişaf tendensiyası”, Rusiyadan Arçil Balaxvansenin “Ellin dövründəki Qəbələ Qərb və Şərq arasındakı ticarət yolları üstündə”, Türkiyədən Yüksəl Sayanın “Azərbaycanın orta əsr şəhərlərinin Türkiyə arxeologiyasında rolu”, Turan Gökçenin “Övliyyə Çələbinin qədim Azərbaycan şəhərlərinin təsvirinə baxışı: Təbriz şəhərinin əsasında”, İrandan Mir Ruhullah Mohommadinin “Cənubi Azərbaycanın Ərdəbil vilayətindəki Xalxal ərazisində Əndəbil Səlcuq-Səfəvi qalası”, Qazaxıstandan “Ayman Dosımbayevanın “Qazax düzü əhalisinin mədəniyyətində şəhər və səhra”, Ukraynadan Viktoriya Kolesnikovanın “Orta əsr Kiyev şəhərində urbanizasiya proseslərinin öyrənilməsi”, Almaniyadan Andrea Riççinin “Örənqala və Mil düzündə su təchizatının təşkili” mövzularında məruzяləri dinlənilnilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən və 3 gün davam edən tədbirdə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Koreya Respublikası, Gürcüstan, Ukrayna, ABŞ, İran, Qazaxıstan, Almaniya, Fransadan 100-ə yaxın tanınmış tarixçi alimlər və arxeoloqlar iştirak ediblər.
Sonra konfrans iştirakçıları Qəbələ Mədəniyyət Mərkəzinin inşası prosesi ilə, Heydər Əliyev Mərkəzinin, tarix-diyarşünaslıq muzeyinin, konserv və limonad zavodlarının, “Beltmann” piano fabrikinin, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və saxlanılması kompleksinin fəaliyyəti ilə tanış olubar.
AzərTAc

1486