Məşhur vokalçı Bakıda Karmeni oynayacaq
Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dünya opera sənətinin inciləri sırasına daxil olan əsərdə Karmen partiyasını ifa etmək üçün hazırda Avropada çox populyar olan vokalçılardan biri – K.S.Stanislavski və Vl.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, vokalçıların M.İ.Qlinka adına və Beynəlxalq “Bellini” müsabiqəsinin “Qran-Pri” mükafatı və qızıl medalının sahibi Larisa Andereyevanı dəvət edib.
Opera və Balet Teatrının rəhbərliyinin dəvəti ilə ilk dəfə olaraq bu tamaşada oynayacaq L.Andreyeva bir çox ölkənin – Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İtaliya, Portuqaliya və Yaponiyanın opera teatrlarında uğurlu qastrol səfərlərində olub. Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq Opera festivalında o? Karmen rolunun ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.
Xarici KİV-i L.Andreyevanın ifası haqqında yüksək fikirlər söyləyir, onu “dünya operasının divası və ulduzu, parlaq akrtisa adlandırırlar”.
Oktyabrın 20-də tamaşada L.Andreyeva ilə yanaşı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın xalq Artisti - Əli Əsgərov (Suniqo), əməkdar artist İnarə Babayeva (Mikaella), həmçinin gənc və istedadlı vokalçılar - Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı Fərid Əliyev (Xoze) və Anton Ferştandt (Eskamilio) çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Jalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23