Nizami Gəncəvinin yubileyi Heydər Əliyev sarayında qeyd olunub
APA-nın verdiyi xəbərə görə, tədbirdən öncə sarayın foyesində Nizaminin yaradıcılığını əks etdirən rəsm sərgisi təşkil olunub. Tədbirdə çıxış edən Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Nizami Gəncəvinin qüdrətli qələm sahibi olduğunu və onun yaradıcılığının işığına çoxsaylı insanların toplaşdığını qeyd edib. Nazir deyib ki, Azərbaycan tarixinin qızıl səhifələrinə adını yazan görkəmli ədibin yaratdığı sənət nümunələri 800 ildir ki, dünyanın 5 qitəsini heyrətləndirir. Gəncədə keçirilən Nizaminin yubiley tədbirlərini xatırladan Ə.Qarayev bildirib ki, bu tədbirlər silsiləsi davam edəcək.
Baş nazirin müavini Elçin Əfəndiyev Nizamini həyat və yaradıcılığından söz açıb və bildirib ki, Nizami yaradıcılığı incəsənətin bir çox sahələrində öz əksini tapıb. Onun sözlərinə görə, Nizami öz yaradıcılığını Gəncənin mirası kimi təqdir edir. Bu ədəbiyyat bütün bəşəriyyətə məxsusdur. “Nizami Gəncəvinin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatda deyil xalçaçılıqda, heykəl taraşlıqda öz əksini tapıb. Mən sevinirəm ki, Gəncədəki Nizami məqbərəsində artizan quyuları qazılıb və məqbərənin ətrafında 50 min ağac əkilib”.
Tanınmış qazax yazıçısı Oljas Suleymenov yubiley iştirakçılarını salamlayaraq deyib ki, o hələ 30 il öncə Heydər Əliyevin dəvəti ilə Nizaminin 840-illik yubileyində iştirak etmək üçün Bakıya gəlib.
İskəndəriyyə kitabxanasının direktoru İsmail Sarıgəlin Nizaminin yubileyinin bütün dünyada qeyd olunduğunu diqqətə çatdırıb. “9 əsirdi ki, ədibin yubileyi qeyd olunur və 9 əsr bundan sonrada qeyd olunacaq”.
Tədbirin sonunda nazir Əbülfəs Qarayev YUNESKO prezidentinin Nizaminin yubileyi ilə bağlı bəyanatı tədbir iştirakçılarına oxuyub.
Bundan sonra tədbir bədii hissə ilə davam edib.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26