
"Qal sənə qurban"ın karantin versiyası
Gənc ulduzlar evdə mahnı yazdırıb klip çəkdilər.
Addım Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sosial izolyasiya günlərində gənclərin asudə vaxtının səmərəli keçirilməsi, maariflənməsi məqsədi ilə "Evdə Addımla" layihəsini davam etdirir.
Lent.az xəbər verir ki, hər gün müxtəlif ictimai fiqurlar, təlimçilər və başqaları ilə canlı yayıma çıxan Addım Gənclər Təşkilatı gündəlik 5000-dən çox izləyici toplayıb.
Canlı yayımlarda fitnes, yoqa dərsləri, Fəxriyyə Xələfova, Sevda Ələkbərzadə kimi məşhur insanlar olur. Bu gün isə gənclərin evdə qalması üçün xalq mahnısı olan "Qal Sənə Qurban"ı yeni versiyada evdə hazırlanmış klipini təqdim edib. Klipdə Azərbaycanın bir çox gənc ifaçıları; Şölə Səfərəliyeva,
Nərmin Kərimbəyova, Fərid Həsənov, Fariz İlyasov, Ülkər Əliyeva, Tofiq Haciyev, Sənan Əliyev, Aygün Mahmudova iştirak etmişlər.
Layihə nəinki Azərbaycanda, dünyada ilk evdə çəkilib, səsi yazılan klip sayılır.
Oxşar yazılar

Xalq rəssamı VƏFAT ETDİ
22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi
21 aprel 2025 , 17:53
Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO
21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola çəkiləcək
21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm
20 aprel 2025 , 19:23
Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR
20 aprel 2025 , 11:07