“Müfəttiş” yenə səhnədə
21 fevral 2020 15:37 (UTC +04:00)

“Müfəttiş” yenə səhnədə

Fevralın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında səhnəyə qoyulmuş “Müfəttiş” tamaşası oynanılacaq. 

Lent.az  xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3340
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar