"Bədənim əsməyə başlayır" - Xalq artisti - VİDEO
19 aprel 2020 12:42 (UTC +04:00)

"Bədənim əsməyə başlayır" - Xalq artisti - VİDEO

“Bu yaxınlarda xəstəxanadan çıxmışam. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edirəm. Mənə çox kömək edib. Həkimlərimiz də mənə qarşı çox diqqətliydilər".

Bu sözləri Xalq artisti Elmira Rəhimova ATV-də yayımlanan “Həyat gözəldir” proqramında deyib. Xəstəliyi haqda danışan sənətçi səhhəti ilə bağlı açıqlama da verib:

"Şəkər xəstəliyindən əziyyət çəkirəm. Təzyiqim qalxır. Qalxanda da bədənim əsməyə başlayır. Həkimlərin yazdığı bütün dərmanları vaxtı-vaxtında qəbul edirəm. Bütün günüm evdə keçir. Mənzilimin iki eyvanı var. Eyvana çıxıb həm hava alıram, həm də orada gəzirəm. Bağım olsaydı, oturardım orada. Bağın havası başqadır, eyvanın başqa”.

Elmira Rəhimova karantin günləri ilə bağlı efir vasitəsilə izləyicilərə müraciət də edib:

“Bu qanun hamımıza aiddir. Gərək evdə oturaq ki, epidemiya yayılmasın. Digər ölkələrdən fərqli olaraq, Azərbaycanda vəziyyət daha yaxşıdır. Biz gərək özümüzü qoruyaq ki, heç kimə infeksiya keçməsin. Hamımız dövlətin qoyduğu karantin rejiminə tabe olmalıyıq".

(Axşam.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6274
avatar

Oxşar yazılar