Zəhərli qurdular şəhəri işğal edəcək - XƏBƏRDARLIQ
03 avqust 2024 09:43 (UTC +04:00)

Zəhərli qurdular şəhəri işğal edəcək - XƏBƏRDARLIQ

ABŞ-ın Hyuston şəhəri güclü yağış səbəbindən zəhərli yırtıcı qurdlar tərəfindən zəbt oluna bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Texas ştatının Hyuston şəhərinin sakinləri güclü yağışlar səbəbindən zəhərli çəkicbaş qurdlarının (Bipalium) işğalı barədə xəbərdarlıq edilib. 

Ətyeyən yastı qurd Bipalium ABŞ-da invaziv növdür, onun yayılması ölkənin biomüxtəlifliyini təhdid edir. Başları çəkic kimi görünür, ilana bənzəyirlər və uzunluqları 40 santimetrə qədər böyüyə bilir.

Texas İnvaziv Növlər İnstitutu (TISI) xüsusilə güclü yağışdan sonra küçələrdə həmin qurdların göründüyünü qeyd edib. Hazırda ştatda güclü yağışlar davam edir və çay daşqınlarına səbəb olur, ona görə də institut əməkdaşları zəhərli qurdların tezliklə şəhəri dolduracağından qorxurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar