Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox insanı görürük. Bunlardan biri də sevmədiyimiz, istəmədiyimiz şəxslərdir. Bəs, yuxuda sevmədiyiniz birini görmək nə vəd edir?
Lent.az yuxuda xoşlamadığınız insanı görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:
Yuxuda sevmədiyiniz birini görmək xəyalpərəstə narahatlıq verən və maraqlı gələn yuxulardandır. Ümumiyyətlə, yuxuda xoşlamadığınız birini görmək həm yaxşı, həm də pis tərəfə yozula bilər. Bu yuxunun görülmə şəklindən asılı olaraq şərh olunur.
Belə ki, yuxuda sevmədiyi birini görən şəxsin asanlıqla insanlar üzərində hakimiyyət qura bilən, əzmkar və çalışqan olduğuna işarədir. Belə yuxu sahibi bir çox işdə uğur qazanır və bu səbəbdən ətrafında çoxlu onu sevməyən düşmənləri var. Buna baxmayaraq xəyalpərəst həmin insanların qarşısını ala bilmə potensialına sahibdir.
Şəxsin yuxuda sevmədiyi biri ilə mübahisə etməsi, dalaşması çətin bir dövrün, sıxıntılı günlərin başlayacağını ifadə edir. Həmçinin, yuxu sahibinin peşman olması, etdiyi səhvlərin fərqinə varması və insanları haqsız yerə incitdiyini dərk etməsini bildirir.
Yuxuda xoşlamadığın birini hamilə görmək, yuxu sahibinin ona yaxın olmayan biri ilə hər hansı bir işdə böyük məbləğdə qazanc əldə edəcəyinin xəbərçisidir.
Yuxuda sevmədiyin birini öldürmək, həmin şəxsin həm ailə, həm də iş həyatında rahatlıq tapacağına dəlalət edər.
Bəs, yuxuda xoşlamadığın biri ilə öpüşmək nə deməkdir? Bu zaman yuxu sahibi iş və təhsil həyatında ona rəqib olan birinə qarşı nailiyyətlər əldə edəcəyi və uğur qazanacağına işarədir. Yəni, bu cür yuxu xəyalpərəstin yaxşı işlər görəcəyindən xəbər verir.