Yüksəkdən gülənlərə  XƏBƏRDARLIQ:  Ölə bilərsiniz
20 noyabr 2023 18:13 (UTC +04:00)

Yüksəkdən gülənlərə XƏBƏRDARLIQ: Ölə bilərsiniz

Güclü gülüş insan sağlamlığı üçün təhlükəli ola bilər.

Lent.az xarici mediaya istinadla xəbərinə görə, həkimlərin fikrincə, gülmək və ya ağlamaq kimi güclü duyğular öskürək, nəfəs darlığı və ya döş qəfəsində sıxılma ilə astma tutmasına səbəb ola bilər. Ancaq ağır hallarda bu cür vəziyyətlər ölümcül ola bilər. Çox güclü gülüş boğulmaya səbəb ola bilər, çünki bu vəziyyətdə bir insanın nəfəs alması çətinləşir.

Bundan əlavə, güclü nəzarətsiz gülüş, bir insanda beyin anevrizması varsa, onun yırtılmasına səbəb ola bilər. Həkimlərin dediyinə görə, təqribən hər 20 nəfərdə açılmamış anevrizma olur, lakin çoxlarının bu barədə məlumatı yoxdur.

Həkimlər əlavə ediblər ki, gülüş ən çox hipotalamusun şişindən qaynaqlanan gelastik epilepsiyanın əlaməti ola bilər. Belə anlarda insanlar sevinmir, əksinə, qorxurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Fidan İlqar

Oxşar yazılar