“YouTube”da yayımlanan  ilk VİDEO   - Sahibinə 64 milyon qazandırıb
13 aprel 2023 19:25 (UTC +04:00)

“YouTube”da yayımlanan ilk VİDEO - Sahibinə 64 milyon qazandırıb

2005-ci ildə üç amerikalı mühəndis Javed Karim, Chad Gurley və Steve Chan “YouTube” sosial şəbəkəsini qurub.

“YouTube” dünyanın ilk video hostinq saytlarından biridir. “Google” tərəfindən alındıqdan sonra platforma dünyada ən çox ziyarət edilən vebsayt olub. Qlobal mədəniyyətin bir hissəsinə çevrilmiş bu platforma "Asqıran körpə Panda", "Baby Shark" və ya "Gangnam Style" kimi viral videoların evinə çevrilib.

Bəs, bu video platformasına yüklənən ilk video hansı olub? 

Lent.az xarici mtəbuata istinadən xəbər verir ki, “YouTube”a ilk dəfə video 18 il əvvəl, 2005-ci il aprelin 23-də yüklənib.

Görüntülərdə Jawed Kərimin Kaliforniyadakı San Dieqo zooparkına səyahəti əks olunub. 

19 saniyəlik “Mən Zooparkdayam” adlı videoda Jawed iki filin qarşısında durub, onların uzun gövdələrini göstərərək danışır. Kadrları isə onun məktəb dostu Yakov Lapitsky lentə alıb. 

Keyfiyyəti az olmasına baxmayaraq bu video 262 milyondan çox baxış qazanıb. O, “YouTube” kanalında isə 3,46 milyon izləyici əldə edib. 

Kərim heç vaxt şirkətdən maaş və ya rəsmi titul almayıb. Ancaq 2006-cı ilin noyabrında “Google” “YouTube”u aldıqdan sonra 64 milyon dollar məbləğində ödəniş alıb. 

Bu gün “YouTube” 160 milyard dollar dəyərindədir və dünyada ən çox istifadə edilən platformalardan biridir. 

Həmin videonu təqdim edirik: 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8457
avatar

Sevinc Fərid

Oxşar yazılar