Alimlər sidiyi içməli suya çevirə bilən skafandr hazırlamağa başlayıblar.
Lent.az xəbər verir ki, yeni kostyumlar Aya və Marsa təşkil olunacaq gələcək missiyalarda istifadə oluna bilər.
əldə olunan məlumata görə alimlər kosmonavtlar üçün Ayın və ya Marsın tədqiqi zamanı uzun müddət kosmosda gəzinti etməyə imkan verəcək skafandr hazırlayıblar.
Bu kostyum beş dəqiqə ərzində sidiyi içməli suya çevirə bilir. Kostyumda nəmlə aktivləşdirilmiş vakkum nasosu var.
Kosmonavt sidik ifraz etməyə başlayanda, silikon fincan avtomatik olaraq açılır və nasos sidiyi toplayaraq 5 dəqiqə ərzində içməli suya çevrir
Toplanan sidik 87 % suya çevrilir. Təmizlənmiş su, içmək üçün beş dəqiqə ərzində bir şlanq vasitəsilə astronavta qaytarılır.
Uzun kosmik missiyalar zamanı suyun daşınması və saxlanması çətindir. Bu kostyum astronavtların daha az su ilə daha uzun müddət sağ qalmasına imkan verə bilər.
Dizaynerlər bu kostyumun 2030-cu ilə qədər NASA-nın Artemis proqramında istifadə olunacağına ümid edirlər.
Qeyd edək ki, kosmonavtların kostyumlarının içərisindəki içki çantalarında hazırda yalnız bir litr su var.
Bu qədər su 10 saata, fövqəladə hallarda isə 24 saata qədər davam edə biləcəyi planlaşdırılan daha uzun müddətli kosmik gəzintilər üçün kifayət deyil.