Həkimlər hansı paltarda yatmamağı açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu paltarlar sağlamlığa mənfi təsir göstərə bilər.
İnsanların əksəriyyəti corabla yatır. Bir çox insan yatmazdan əvvəl daha qalın geyinməyə üstünlük verir. Qalın və ya üst-üstə paltar geyinmək qan dövranına təsir edə və infeksiya riskini artıra bilər. Corablar xüsusən də uzun müddət geyinildikdə qan dövranını azalda bilər. Həmçinin corablarda müxtəlif bakteriyalar toplanır. Bir çox insan bütün günü corab geyinir və sonra yatmağa gedir. Bu vərdiş infeksiya və göbələk riskini artıra bilər.
Həmçinin yatarkən alt paltarı geyinməyə ehtiyac yoxdur, çünki bu, əlavə sürtünməyə səbəb ola bilər. Pijama tərzinə də diqqət yetirmək vacibdir. Dar paltarlar qəşəng görünsə də, yatarkən rahat olmayacaqsıznız. Bundan əlavə, pijamalar bədən istiliyinizi artıra bilər ki, bu da həddindən artıq istiləşməyə və yuxunun pozulmasına səbəb ola bilər.