Yaponlar TAXTADAN göydələn tikir - FOTO
27 noyabr 2021 18:56 (UTC +04:00)

Yaponlar TAXTADAN göydələn tikir - FOTO

Taxta evlərin tikintisi üzrə ixtisaslaşmış Yaponiyanın “Sumitomo Forestry Co” şirkəti Tokioda 350 metrlik göydələn tikmək planını təqdim edib.

Lent.az xəbər verir ki, hündürlüyü 350 metr olacaq binanın 90 faizi ağacdan tikiləcək və konstruksiyanı dəstəkləmək üçün az miqdarda poladdan istifadə olunacaq. Gələcək göydələnin yaşayış sahəsi 455 min kvadratmetrdir. Binada yerləşəcək mənzillər, ofislər və mağazalar da tamamilə ağacdan hazırlanacaq.

Son hesablamalara görə, belə bir göydələnin tikintisinin dəyəri təqribən 5,6 milyard dollar təşkil edəcək ki, bu da adi binanın dəyərindən təxminən iki dəfə çoxdur./AZƏRTAC

# 2289
avatar

Oxşar yazılar