Xilaskar pişik polis rəisi oldu -  VİDEO
15 aprel 2021 19:40 (UTC +04:00)

Xilaskar pişik polis rəisi oldu - VİDEO

Pişik Yaponiyanın Toyama prefekturasında polis şöbəsinin rəisi təyin olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, ötən il bir adamı xilas edib. 

2020-ci ildə yaşlı bir kişi kanalizasiya quyusuna düşüb. Koko adlı bir pişik onun yanında oturub və suya baxmağa başlayıb, bu da pişik sahibinin yıxılan adamı görməsinə və kömək çağırmasına kömək edib.

Bu hərəkətə görə polis Kokonu fərqlənmə diplomu verib və polis formasını geyindirib.

Bundan əlavə, Koko bir gününü polis şöbəsinin rəisi olaraq keçirib.


Pişik məktəblilər üçün yol təhlükəsizliyi dərslərində iştirak etməyi və sənədinə "möhür" qoyaraq, pəncəsini qırmızı mürəkkəbə batıraraq bəyannamə imzalamağı bacarıb.

Xilaskar pişik polis rəisi oldu

# 2199
avatar

Oxşar yazılar