Xarici görünüşünüz ömür uzunluğuna  necə təsir edir?
27 avqust 2024 17:36 (UTC +04:00)

Xarici görünüşünüz ömür uzunluğuna necə təsir edir?

Arizona və Texas Universitetindən olan amerikalı tədqiqatçılar xarici görünüşlə ömür uzunluğu arasında maraqlı korrelyasiya aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aparılan araşdırmaların nəticələri cazibədar görünüşə malik insanların daha uzun yaşadığını göstərib.

65 il davam edən araşdırmada 8300-dən çox iştirakçı təhlil edilib. Alimlər iştirakçıların xarici görünüşü ilə bağlı müstəqil ekspertlərin fotoşəkilləri əsasında verdiyi qiymətləndirmələri onların ömür uzunluğu ilə müqayisə ediblər. Nəticələr göstərib ki, görünüşü daha az cəlbedici olaraq qiymətləndirilən kişilər yaraşıqlı olaraq qiymətləndirilənlərdən bir il daha qısa yaşayıblar. Qadınlarda fərq daha qabarıq idi: cazibədar kimi qiymətləndirilənlər iki il daha çox yaşayıblar.

Bundan əlavə, tədqiqatçılar daha az cəlbedici görünüşü olan insanların ölmə ehtimalının 16,8% daha çox olduğunu müəyyən ediblər. Bununla belə, alimlər cəlbedicilik və uzunömürlülük arasındakı əlaqənin hələ də yaxşı başa düşülmədiyini vurğulayırlar. Onlar hesab edirlər ki, insanın xarici görünüşü çox vaxt onun həyat tərzini əks etdirir. Beləliklə, sağlam qidalanma, müntəzəm idman və pis vərdişlərdən imtina xarici görünüşə müsbət təsir göstərir ki, bu da öz növbəsində ömrün uzamasına kömək edə bilər.

Arizona Universitetinin sosioloqu Connor Sheehan da cəlbediciliyin genetika ilə əlaqəli ola biləcəyini qeyd edib. Üstəlik, onun sözlərinə görə, statistika göstərir ki, daha cəlbedici görünüşə malik insanlar çox vaxt daha yüksək qazanc və başqalarından daha yaxşı rəftar kimi sosial və karyera üstünlüklərinə malikdirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 519
avatar

Fidan İlqar

Oxşar yazılar