Tuncelinin bir kəndində tapdıqları xəstə dağ keçisini müalicə edən Timurdaş ailəsi 2 ay sonra heyvanı göz yaşları ilə təbiət qoynuna yola salıblar.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Tuncelinin Bostanlı kəndindəki evlərdən birinə yaralı halda yaxınlaşan dağ keçisi Timurdaş ailəsi tərəfindən bəslənilib.
Təqribən 2 ay qulluq göstərilən, müalicə edilən vəhşi keçi Təbiəti Qoruma və Milli Parklar şöbəsinin nəzarəti altında təbiətə buraxılıb.
Timurdaş ailəsinin “Şahzadə” adını verdikləri keçini göz yaşları ilə yola salıblar.