Türkiyə ilə Almaniya arasında dönər münaqişəsi  yaranıb
08 avqust 2024 07:15 (UTC +04:00)

Türkiyə ilə Almaniya arasında dönər münaqişəsi yaranıb

Bu ilin aprel ayında Türkiyə dönərin Avropada qeydiyyatı üçün müraciət etdi və beləliklə, dönər adının yalnız qeydiyyatdan keçmiş istehsal üsulu və məhsulun spesifikasiyasına uyğun gələn istehsalçılar tərəfindən hazırlana biləcəyini bildirdi.

Lent.az xəbər verir ki, beləliklə Türkiyə İtaliyanın “Neapol” pizzasına və İspaniyanın “serrano” vetçinasına verilən adlara bənzər ənənəvi məhsul adının qeydiyyata alınmasını istəyib.

Türkiyənin tələbinin məqsədi dönər adının Avropada qeydiyyata alınması və onun istifadəsinin qeydiyyatdan keçmiş üsul və spesifikasiyalara uyğun istehsalçılarla məhdudlaşdırılmasını təmin etməkdir.

Türkiyənin bu addımı uğurlu olsa yalnız üfüqi olaraq 3-5 mm qalınlığında dilimlənmiş mal və ya quzu dilimləri dönər yarpağı kimi etiketlənəcək, toyuq dönəri isə 1-2 sm qalınlığında olmalıdır.

Hələlik Almaniya Türkiyənin bu müraciətinə etiraz edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Oxşar yazılar