Turizm üçün ən təhlükəsiz ölkələr - Lider dəyişdi
21 noyabr 2023 17:18 (UTC +04:00)

Turizm üçün ən təhlükəsiz ölkələr - Lider dəyişdi

“Berkshire Hathaway Travel Protection” ekspertlər qrupu 2024-cü ildə səyahət üçün dünyanın ən təhlükəsiz ölkələrinin reytinqini tərtib edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Kanada İslandiya və Norveçi geridə qoyaraq reytinqə başçılıq edir.

Məlumata görə, araşdırmalar çərçivəsində şirkətin mütəxəssisləri son beş ildə müxtəlif ölkələrə səfər etmiş səyahətçilər arasında sorğu keçirib, həmçinin ABŞ Dövlət Departamentinin Qlobal Sülh İndeksi və səyahət təhlükəsizliyi reytinqi məlumatlarını öyrənib.

Xüsusilə, Kanada orada törədilən zorakı cinayətlərin sayının az olduğuna görə reytinqə başçılıq edir. Ölkə həm də terror təhlükələrinin səviyyəsinə görə, qadınlar və LGBTQ+ səyahətçiləri üçün ən təhlükəsiz ölkə kimi tanınıb.

Reytinqdə ikinci yeri terror və qadınlar üçün dünyanın ən təhlükəsiz yerlərindən biri kimi tanınan İsveçrə tutub. Üçüncü yeri zorakı cinayətkarların aşağı səviyyəsi sayəsində Norveç tutub.

1. Kanada

2. İsveçrə

3. Norveç

4. İrlandiya

5. Hollandiya

6. Böyük Britaniya

7. Portuqaliya

8. Danimarka

9. İslandiya

10. Avstraliya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4512
avatar

Oxşar yazılar