Tanınmış kanadalı aktyor Keanu Reeves onu təqib edən 38 yaşlı kişini məhkəməyə verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, şübhəli Brayan Dikson son 3 ay ərzində dəfələrlə aktyorun evinə daxil olub. Sonuncu dəfə isə Dikson çantasını Reevesin evində unudub. Polis həmin çantadan da əl izlərini götürüb.
Bundan əlavə, Brayan sosial şəbəkələrdə bir çox insana özünü Jasper Keyth Reeves kimi təqdim edərək aktyorun qohumu kimi tanıdıb.
Məhkəmə Diksona aktyor və onun sevgilisi Alexandra Qranta 91 metr məsafəyə qədər yaxınlaşmasını qadağan edib.