Süfrə arxasında  bunu etməyin – Zəka səviyyəsindən xəbər verir
20 iyul 2024 12:02 (UTC +04:00)

Süfrə arxasında bunu etməyin – Zəka səviyyəsindən xəbər verir

Süfrə arxasında etiket qaydalarına əməl edilməlidir. 

Lent.az xəbər verir ki, bəzi vərdişlər hətta sizin zəka səviyyənizdən xəbər verə bilər.  

Psixoloqlar belə qənaətə gəliblər ki, ağzı dolu danışmaq vərdişi zəif inkişaf etmiş ünsiyyət qabiliyyətini göstərir. 

Yeməyi tam çeynəyib qurtarmamış danışmaq olmaz. Çünki yemək yeyərkən susmaq qabiliyyəti insanın nizam-intizamından xəbər verir.

Ağzı dolu danışmağa vərdiş edən insan, açıq-aşkar həmsöhbətlərində xoşagəlməz təəssürat yaradacaq.

Ona görə də bu səhvə yol verməyin. Və o zaman özünüzü mədəni və ağıllı insan kimi sübut etmək, eləcə də insanlarla münasibət qurmaq şansınız olacaq.

Həmçinin, boğulmamaq üçün ağzınız dolu danışmamalısınız. Yalnız başqalarında yaxşı təəssürat yaratmaq üçün deyil, həm də təhlükəsizliyiniz üçün bunu etməməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4194
avatar

Sevinc Fərid

Oxşar yazılar