Son 20 ilin ən soyuq və ən isti 20 MARTI  açıqlandı
20 mart 2022 14:44 (UTC +04:00)

Son 20 ilin ən soyuq və ən isti 20 MARTI açıqlandı

Son 20 ildə martın 20-də Bakıda və Abşeron yarımadasında ən aşağı temperatur 2010-cu ildə 0 dərəcəyə yaxınlaşıb.

Lent.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Ən isti keçən il isə 2008-ci il olub, havanın temperaturu martın 20-də müsbət 22 dərəcəyə yüksəlib: "2014-cü ildə cənub küləyinin surəti 32 m/s-dək güclənib. 2019-cu ildə isə Bakıda güclü yağıntı olub, bir gün ərzində yarımaylıq normadan çox, 18 mm yağıntı düşüb".

U.Tağıyeva qeyd edib ki, martın 20-i Naxçıvan MR-da minimal temperatur 2012-ci ildə 6 dərəcə şaxta, maksimal temperatur isə 2001-ci ildə 25 dərəcə isti, Qazax-Gəncə zonasında minimal temperatur 2003-cü ildə 8.4 dərəcə şaxta, Balakən-Şəki zonasında isə 2018-ci ildə 24.7 dərəcə isti, Lənkəran-Astara zonasında minimal temperatur 2010-cu ildə dağlıq zonada 11 dərəcə şaxta olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4920
avatar

Oxşar yazılar