Çin Milli Kosmos İdarəsinə (CNSA) bağlı kanal olan “Our Space” 2021-ci il dekabrın əvvəllərində Ayın üfüqündə boz küp şəklindəki bir obyektin görünüşünü çəkmişdi.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, kəşf “sirli daxma” adlandırmış, bunun bir “Ay sarayı” və ya yadplanetli baza ola biləcəyi söylənmişdi.
Həqiqət bir neçə gün əvvəl “Yutu-2” kosmik gəmisinin cismə yaxınlaşmasıyla ortaya çıxdı. Yadplanetli bazası yerinə cisimin sadə bir qaya olduğu məlum oldu. Bu qayaya "Ay dovşanı" adı verildi.
Qeyd edək ki, 2019-cu ildə Aya enən “Yutu-2” Çinin “Chang'e-4” missiyasının bir parçası olaraq Ayın Yer kürəsindən görünməyən tərəflərini kəşf etməyə çalışır.