Yaxınlarınıza hədiyyə seçərkən bir nüansı xatırlamaq faydalıdır. Bəzi əşyalar ənənəvi olaraq arzuolunmaz hesab olunur. İnanca görə, belə hədiyyələr mənfi enerji gətirə və hədiyyəni alan şəxsin həyatında xoşagəlməzliklərə səbəb ola bilər.
Hansı hədiyyələr uğursuz sayılır?
Lent.az bu barədə xəbər verir.
Kəsici əşyalar
Bıçaq, qayçı və digər iti alətlər mənfi enerjini cəlb etdiyi üçün başqasına hədiyyə verilməsi məsləhət görülmür. Belə əşyaları yalnız özünüz üçün almaq məqbul sayılır.
Güzgü
Güzgülər qədimdən bəri sehrli atribut kimi qəbul edildiyindən, onların hədiyyə olunması xoş əlamət sayılmır. Xalq inanclarına görə, verilmiş güzgü sahibinin həyatına bədbəxtlik gətirə bilər.
Tibbi cihazlar
Masaj aparatları, təzyiq ölçən qurğular və evdə istifadə olunan terapevtik cihazlar da arzuolunmaz hədiyyələr siyahısındadır. İnanca görə, belə hədiyyələr sağlamlığa mənfi təsir göstərə bilər.
Boş qab-qacaq
Əgər kiməsə qazan və ya fincan hədiyyə edirsinizsə, içərisinə bir sikkə qoymaq lazımdır. Boş qab-qacağın yoxsulluq gətirdiyinə dair inam geniş yayılıb.
Saat
Çin inanclarına görə, saat hədiyyə almaq insan üçün vaxtın geriyə sayılmasının başladığını simvolizə edir. Həmçinin belə hədiyyənin münasibətlərin soyumasına və ya ayrılığa səbəb ola biləcəyi deyilir.
Cüzdan
Boş cüzdan vermək olmaz. Bu, maddi itkiləri və pula qarşı çətinlikləri cəlb etdiyi düşünülür. Cüzdanın içərisinə mütləq bir az pul qoyulmalıdır.
Mirvari
Mirvarinin hədiyyə kimi verilməsi xəstəlik və maliyyə problemləri ilə əlaqələndirilir. Mirvari "kimsəsizlərin və dul qadınların göz yaşları" ilə assosiasiya olunduğu üçün hədiyyə edilməsi arzuolunmaz hesab olunur.
Şərflər və dəsmallar
İnanclara görə, belə hədiyyələr sahibinin həyatına problemlər və xoşagəlməz insanlar gətirə bilər.