Sərxoş kişi dostunu keçi zənn edərək TANRI YOLUNDA QURBAN KƏSDI
19 yanvar 2022 22:22 (UTC +04:00)

Sərxoş kişi dostunu keçi zənn edərək TANRI YOLUNDA QURBAN KƏSDI

Hindistanın Andhra Pradeş ştatının Valasapalli kəndində Makara Sankranti festivalı zamanı bədbəxt hadisə baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sərxoş kişi dostunu keçi ilə səhv salıb və onun başını kəsib.

Yanvarın 16-da günəş tanrısı Suryaya həsr olunmuş hindu festivalı zamanı Çalapati adlı şəxs qurban kəsməli idi. Polisin məlumatına görə, hindistanlı çox sərxoş olub və qolu ilə tutduğu dostunu keçi zənn edərək tanrı yolunda qurban əvəzinə onun boğazını kəsib.

35 yaşlı Süreş adlı kənd sakini təcili olaraq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Süreş aldığı xəsarətlərdən və qan itkisindən dünyasını dəyişib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3291
avatar

Rəsul SARI

Oxşar yazılar