Selfi ulduzu qorilla öldü-  FOTO
06 oktyabr 2021 19:55 (UTC +04:00)

Selfi ulduzu qorilla öldü- FOTO

Bütün dünyanın selfi çəkən qorilla kimi tanıdığı “Ndakasi” 14 yaşında ölüb.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Virunga Milli Parkı, Ndakasinin son şəklini paylaşaraq, onu hələ körpə olarkən tapan baxıcısının qucağında son nəfəsini verdiyini açıqlayıb. Ndakasi adlı qorilla, gözətçisi Andre Bauma ilə xüsusi münasibət qurmuşdu.

Afrikanın ən qədim parklarından biri olan Konqo Demokratik Respublikasının Virunga Milli Parkının səlahiyyətlisi olan 49 yaşlı Bauma, hələ körpə ikən, 2007-ci ildə Ndakasini tapıb. Onunla birlikdə iki qorilla yetişdirən Bauma, bütün dünyanın tanıdığı bu heyvanın uzun müddət davam edən bir xəstəlik səbəbiylə 14 yaşında öldüyünü açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4262

Oxşar yazılar