Cazibədar italyan model Raffaella Fiko Kriştiano Ronaldo və Mario Balotelli kimi məşhur futbolçularla olan münasibətlərindən danışıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, o, Ronaldo ilə çox erkən tanış olub. Cütlüyün bir övladı olub.
"Mənim 20 və ya 21 yaşım var idi, tədbir üçün Sardiniyada idim. Orada Ronaldo ilə tanış oldum. O, mənə yaxınlaşdı və oxşamağa başladı. Biz telefon nömrələrimizi bir-birimizə verdik. Hekayəmiz belə başladı".
Model sonra Mario Balotelli ilə münasibəti barədə danışıb.
“Balotelli ilə gecə klubunda tanış oldum. Ora bacısı ilə getmişdim. Mənim telefon nömrəmi ona bacısı verib. Bir müddət sonra onunla danışmağa başladıq.
O, ata olmaq istəmirdi, ona görə də qızımız olanda məndən DNT testi etməmi istədi. Bəlkə də çox gənc olduğu üçün ata olmağı xoşlamırdı. Mən onu qınamıram, ona əvvəlcə hər şeyi bağışladım, çünki münasibətimizdən bir qız dünyaya gəldi və o, mənim böyük sevgimdir. Birlikdə olduğumuz zaman o, mənə xəyanət etdi. Lakin bunu ona bağışlaya bilmədim”, - Fiko bildirib.