2024-cü ilin gəlməsinə barmaqla sayılacaq günlər qalıb. Hər ilin sonunda bayrama yaxın ağla gələn bir qəhrəman olur: Şaxta baba, müasir dildə desək, Santa Klaus.
Artıq şəhərin mərkəzində Yeni ilin atributlarından olan "Şaxta baba" və "Qar qız"ları görürük. Burda diqqət çəkən məqam isə zaman keçdikcə "Şaxta baba"nın Şimali Amerikanın "Santa Klaus"u ilə əvəzlənməsidir.
Maraqlıdır, Şaxta baba ilə Santa Klaus arasındakı fərq nədir?
Lent.az xarici mediadakı araşdırmasını təqdim edir:
1. Şaxta babanın papağı var, Santa Klausun isə yoxdur.
2. Şaxta babanın sehrli tayağı var, Santa Klaus eynək taxır (o kordur).
3. Santa Klausun süni saqqalı, amma Şaxta babanın əsl saqqalı var!
4. Santa Klausun demi-mövsüm gödəkçəsi var, Şaxta babanın mənfi 60-a qədər temperatura tab gətirə bilən isti qoyun dərisi var!
5. Şaxta babanın qurşağı, Santa Klausun kəməri var (dəcəl uşaqları döymək üçün).
6. Şaxta babanın əlcəyində 4 barmaq bütöv, baş barmaq isə təkdir. Santa Klausun əlcəklərində isə hər barmaq ayrıdır.
7. Çəkməli Santa Klaus donma riski altındadır, amma ənənəvi çəkmələrdə olan Şaxta baba şaxtadan qorxmur!
8. Şaxta baba hədiyyələri böyük çantada, Santa Klaus isə corabda daşıyır.
9. Şaxta babanın nəvəsi var: Snequroçka, Santa Klaus tənhadır.
10. Santa Klaus uşaqlardan gizlənir, Şaxta baba özü onların yanına gəlir.