Sakit okeanın dibində Yer kürəsində olmayan, mənşəyi naməlum metallardan ibarət külçə tapılıb.
Lent.az xartici mediaya istinadən xəbər verir ki, alimlər ideal kürə formada olan həmin metal ərintisinin Günəş Sistemindən kənar maddələrdən ibarət olduğunu düşünürlər.
Tapılmış cisim 2014-cü ildə Papua Yeni Qvineya sahillərində okeana düşmüş meteorla eyni tərkibə malikdir. Astrofizik Avi Lyob hesab edir ki, bu meteor Günəş Sistemindən kənardan uçub gəlib. Alim hesab edir ki, kürə formasında müxtəlif ölçülərdə olan bu yad maddələr əslində meteor yox, yadplanetlilərin uçan aparatlarından da hissələr ola bilər.
Okean dibindən həmin hissələri tapıb toplamaqla məşğul olan alim gələcək ekspedisiyası üçün 1,5 milyon dollar toplayıb. O indiyədək həmin naməlum maddədən ibarət 700 kiçik kürə tapıb.