Şəkildə gördüyünüz bu at Almaniyanın Frankfurt şəhərində yaşayır. Adı Jenidir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, uzun illər sahibi ilə birlikdə yaşadıqları məhəllədə poçt xidmətində olub.
Sahibi 79 yaşına çatandan sonra atı minə bilmədiyini görüb, sanki onu təqaüdə çıxarırmış kimi, sərbəst buraxıb. Lakin o, sədaqətli dostu ilə ayrılmazdan əvvəl atın üstünə balaca bir lövhə asıb. Lövhədə yazılıb:” Adım Jenidir, qaçmadım, sadəcə, küçələrdə gəzirəm. Təşəkkür edirəm”.
14 ildir Jeni bu küçələrin maskotuna çevrilib və hər hansı bir xoşagəlməz hal yaşanmayıb. Hər zaman keçdiyi küçələrdə gəzməyə alışmış Jeni hətta başı ilə insanları salamlamağı da öyrənib.
Şəhər sakinlərinin qayğıkeş münasibətini görən at heç kimə zərər vermir. Yerli baytar həkim müntəzəm olaraq 22 yaşlı Jeninin (bu yaş at üçün qoca yaş sayılır) sağlamlığı ilə maraqlanır, ona qulluq göstərir.