Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo ilk dəfə öz avtomobil kolleksiyasını nümayiş etdirib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, kolleksiyada olan təkcə “Bugatti Centrodieci”nin qiyməti 10 milyon dollardan çoxdur.
Ronaldonun qarajında “Bugatti Chiron”, “Bugatti Veyron”, “Rolls-Royce Cullinan” kimi maşınlar var.
Ümumilikdə məşhur futbolçunun Madrid kolleksiyasında 18 maşın var ki, onlardan ən ucuzu “McLaren MP4-12C”dir. Onun qiyməti 250 min dollardır.