Təhlükəli yerlərdə şəkillər çəkdirərək məşhurlaşan fenomen uçurumdan düşərək ölüb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qısa müddətdə fenomenə çevrilən 32 yaşlı Sofia Cheung paylaşım etmək üçün qayalıqlarda selfi çəkərkən 4 metr yüksəklikdən düşərək həyatını itirib.
Üç dostu ilə bərabər Ha Pak Lai parkına gedən Sofia, şəlalənin üzərindən poza verərkən ayağı sürüşüb və suya düşüb. 32 yaşlı fenomen xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.