Quyruq doğdu, yoxsa dondu? - Belə yaranıb
15 avqust 2024 19:08 (UTC +04:00)

Quyruq doğdu, yoxsa dondu? - Belə yaranıb

Hər il avqust ayında “Quyruq doğdu, yoxsa dondu?” mövzusunda müzakirələrə start verilir. Bəs bu quyruq nədir, o niyə doğmalıdır? Bu fikrin mənası nədir? 

Lent.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

“Quyruq doğdu” avqust ayının 15-nə (bəzi mənbələrdə 5-nə) təsadüf edir və yayın yarı olduğu dövr hesab olunur.

“Quyruq doğan” dövr xalq təqvimində “qora bişirən ay”ın içərisindədir (15 iyul - 15 avqust).

Balaca bir qeyd verək ki, qora üzümün balaca və göy olduğu vaxtdır, isti vurub gilələri yetişdirir, şirinləşdirir.

Quyruq doğduqdan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur, otların üzərinə şeh düşür.  

Bəziləri deyir ki, quyruq doğmaz, donar. Lüğətimizdə əsli “quyruq donmaq” yazılsa da F.Köçərli, S.Rəhimov və Mir Cəlala istinadən çəkilən misalların hamısında “quyruq doğdu” yazılıb.

Ata-babalarımız yay yarı olan gecə səhərə yaxın şərq tərəfdən işığı arxaya tərəf uzanan quyruqlu ulduzların görünməsini müəyyən edir və təsərrüfat işlərini məhz bu dövrdə görürdülər. Abasqulu ağa Bakıxanov “Əsrarur məlakut” əsərində quyruqlu ulduzlar haqqında məlumat verərək qeyd edir ki, bu ulduzlar səmada hər zaman yox, müəyyən zaman çərçivəsində görünür. 

“Quyruq doğdu” ifadəsi buğa bürcündəki ulduz topası ilə bağlı yaranıb. Bir sözlə ta qədimdən dilimizdə quyruqlu ulduz ifadəsi var. Bu quyruq da həmin quyruqlu ulduz kəlməsinin qısaldılmışıdır.

Qədimdə həmin ulduzlara “Xodək-garvan” və ya “Şamtərəzi” deyirdilər”. Əhali yayın yarıdan keçməsini Azərbaycanın müxtəlif zonalarında Ülkər, Şamtərəzi, Xodək-garvan ultuz topasının doğulması, görüqnməsi ilə müğəəyənləşdirib bu hadisəyə Quyruq doğdu deyərdi. Hər kəs avqustun 5-i və sonrakı günlər sübh vaxtı şərq tərəfə baxarsa, bir-birindən təxminən 1,5-2 metr aralı, bir xətt üzrə düzülmüş 3 böyük ulduzu görər.

“Quyruq dondu” ifadəsinə gəlincə - Yaylaqda əridilmiş quyruq yağının donuğu dövr də txminən elə Quyruq doğan vaxtla üst- üstə düşür. Əridilmiş quyruğu forma alsın deyə tavaya töküb dondurar, sonra ortasına ip salıb iylənməsin deyə havalı yerdə asar, qışda həmin quyruq piyini yeməklərdə istifadə edərdilər.Buna görə də quyruğun donması və doğması fikri bir birinə” dolaşıb”

Köhnə kişilər “quyruq doğdu”nu eyni zamanda qışa hazırlıq dövrünün başlanması kimi qiymətləndirirdilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 52116
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar