Qocalmanı ləngidən   və arıqladan MEYVƏ
13 noyabr 2023 16:39 (UTC +04:00)

Qocalmanı ləngidən və arıqladan MEYVƏ

Mütəxəssislər qocalmanı ləngidən və arıqlamağa kömək edən meyvəni açıqlayıblar. 

Lent.az xəbər verir ki, gavalı gəncliyi və bədən formasını fit saxlayan meyvə növüdür. Onun tərkibində A və C vitaminləri, kalsium, fosfor, pektinlər, antioksidantlar və bor var.

Bütün bu komponentlər əzələləri və sümükləri gücləndirməyə kömək edir və hətta qocalma prosesini yavaşladır. Gavalının həm də yaddaşı yaxşılaşdırmağa kömək etdiyi bildirilir.

Bunlarla yanaşı, bu meyvənin də arıqlamaq üçün alternativ qida növü olduğu da qeyd olunur. Çünki gavalı insana toxluq hissi verir, şəkər səviyyəsini sabit saxlayır və çəkini nəzarət altında saxlamağa kömək edir.

Bundan əlavə, gavalı qəbizliyə qarşı da təsirlidir. Onun tərkibindəki dəmir qan azlığının qarşısını alır.  Gavalı həm təzə, həm də qurudulmuş halda faydalıdır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 77709
avatar

Sevinc Fərid

Oxşar yazılar