Qışın sərt dövrü bitdi: Bu gün kiçik çillə çıxdı
21 fevral 2022 12:22 (UTC +04:00)

Qışın sərt dövrü bitdi: Bu gün kiçik çillə çıxdı

Qışın ən soyuq hesab edilən dövrü, yəni kiçik çillə bu gün bitdi. 

Lent.az-ın məlumatına görə, sabahdan onu Boz ay əvəzləyəcək. 

Boz ay martın 21-dək, yəni Novruz bayramına qədər davam edəcək. 

Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür. Bunlar 40 gün davam edən Böyük çillə, 20 gün çəkən Kiçik çillə və daha sonra 30 günlük Boz aydır. Təqvimə əsasən, Böyük çillə dekabrın 21-dən daxil olur və yanvarın 30-dək davam edir.  

Dekabrın 22-dən başlayaraq yanvarın 30-da başa çatan, təqribən 40 gün davam edən “Böyük çillə” dövründə hava tədricən soyusa da, kəskin soyuqlar müşahidə edilmir. Eyni zamanda, güclü küləklər də az olur.  20 gün davam edən “Kiçik çillə”də isə “Böyük çillə”yə nisbətən hava daha soyuq, sərt olması ilə diqqəti cəlb edir:

“Kiçik çillə”də havanın temperaturu daha kəskin düşür, yağış və qar daha çox yağır. Bəzən elə olur ki, yanvarın sonunda mülayim havada bəzi ağaclar tumurcuqlayır, amma fevralda kəskin soyuq onların hamısını məhv edir.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 22-si, axırıncı çərşənbə isə martın 15-nə təsadüf edəcək.

Fevralın 22-də ilk Su çərşənbəsi, martın 1-də Od, martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, Azərbaycana bu il bahar fəsli martın 20-də yerli vaxtla saat 19:33-yə daxil olacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Sevinc Fərid

Oxşar yazılar