Dneprdə mikroavtobuslardan birində həqiqətən bayram əhval-ruhiyyəsi var.
Lent.az-ın Ukrayna mediasına istnadla məlumatına görə, 18 saylı marşrutda qadın sürücü kabinəni bəzəyib, pəncərələrə kəpənəklər yapışdırıb.
Qadın sürücü “Qar qız” kostyumunda sükan arxasında əyləşib.
Axşam mikroavtobusda çələnglər yanır və sərnişinlər belə nəqliyyatda gediş-gəlişə təəccüblənsələr də, amma sevinirlər və gülümsəyirlər.
Qeyd edilir ki, qadın sürücü təkcə qışda deyil, ilboyu sərnişinləri sevindirməyə çalışır.
Dneprdə 136 saylı marşrutun sürücüsü isə salonda əsl “yolka” quraşdırıb. Kişi sürücü onu onu yeni il bəzəkləri ilə bəzəyib.
Sürücü avtobusun salonuna da yeni il bəzək əşyaları yerləşdirib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücünün özü şənlik geyimində avtomobil idarə edir və bu, sərnişinlərin çox xoşuna gəlir.