Rusiyalı balerina Anastasiya Voloçkova qadınları soyunmağa çağırıb, çünki onun fikrincə, “qadın bədəni bir sənətdir”.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Bolşoy teatr”ın keçmiş priması hesab edir ki, bədən utanc və ya ikrah hissi yarada bilməz, çünki hətta muzeylərdəki bir çox rəsmlərdə çılpaq qadın təsvir edilib.
Onun sözlərinə görə, yaxın vaxtlarda heç kəsi laqeyd qoymayacaq səmimi fotosessiyada rol almağa hazırlaşır. Eyni zamanda Voloçkova qeyd edib ki, bu fotolar böyük səs-küy yaradacaq, çünki “onun göstərməli olduğu bir şey var”.
"Qızlar, başlayın, çünki qadın döşləri gözəldir", - Volochkova deyib.