Amerikada 68 yaşlı aktrisa Ana Obreqonun vəfat edən oğlundan nəvəsi olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa 2020-ci ildə xərçəngdən dünyasını dəyişən oğlu Allessionun spermasını saxlayıb. İndi isə o spermadan istifadə edərək daşıyıcı ana vasitəsilə nəvə sahibi olub.
“Bu mənim qızım deyil, nəvəmdir. Bu, Alessionun qızıdır. Ancaq qanuni olaraq onu övladlığa götürürəm”,- deyə Obreqon deyib.
Onun sözlərinə görə, oğlunun son arzusu bu dünyada bir uşağının olması idi. Buna görə də kimyaterapiyaya başlamazdan əvvəl spermasını donduraraq saxlayıblar.