Odessa vilayətinin Dobroslav şəhərində 5 qəpiklik sikkələrdən üç metrlik yolka quraşdırılıb və o, Ukraynanın Rekordlar kitabına daxil edilib.
Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, 5 qəpiklik sikkələrdən hazırlanmış üç metrlik ağacın müəllifi Kirill Maksimenkodur.
Ukraynanın Milli Rekordlar Reyestrinin rəhbəri Lana Vetrovanın sözlərinə görə, belə orijinal yolka düzəltmək üçün nominal dəyəri 5 qəpik olan 9800 qəpik lazım olub.