Astrologiyada bəzi bürclər var ki, onlar istədiklərini əldə etmədikdə təhlükəli ola bilirlər. Çox vaxt eqoist olan bu bürclər başqalarının hisslərinə əhəmiyyət vermirlər. Utancaqlıq, məsuliyyət kimi emosiyalar hiss etmirlər. Etdikləri işin məsuliyyətini öz üstlərinə götürməkdən qaçırlar. Sözlərinə əməl etmirlər, istədikləri alınmayanda əsəbiləşirlər. Hər şey onların istədikləri kimi olsun istəyirlər.
Lent.az eqoist, yalnız özünü düşünən bu 4 bürcü təqdim edir:
QOÇ
Qoç bürcləri impulsla hərəkət etməyi sevirlər. Düşündüklərini dərhal etmək istəyirlər. Onlar son dərəcə səbirsizdirlər. Bu bürclər öz hərəkətlərini idarə edə bilmir. Həmçinin, onlar riskli işləri də sevirlər və dəhşətli mühakimələrdən qorxmur. Əsəbiləşəndə onlara yaxın durmamaq məsləhətdir.
BUĞA
Buğa bürcü insanları həyatlarını öz zövqünə uyğun yaşamağı xoşlayır. Onlar yalnız özlərinə əhəmiyyət verirlər və bu, bəzən ətraflarındakı insanlara zərər verir. Buğalar özləri üçün hər kəsi sata bilər. Çünki demək olar ki, özlərinə aşiqdirlər.
ƏKİZLƏR
Əkizlər sosial insanlardır. Onlar danışmaqdan həzz alır. Bununla belə, onun sözlərinin düzgünlüyünə şübhə ilə yanaşmaq lazımdır. Onlar həmişə yalan danışa bilirlər və bunu həqiqi səbəbə görə deyil, sadəcə istədikləri üçün edirlər. Onlar həqiqətlə yalan arasındakı fərqi dərk edə bilmirlər. Bu barədə nə özlərini, nə də vicdanlarını sorğu-sual etmirlər.
ƏQRƏB
Əqrəblər insanları manipulyasiya etməkdə mahir ustadırlar. Həmçinin, onlar manipulyasiya ilə yanaşı, ətrafdakı yaxınlarını idarə etməyi də xoşlayırlar. Əqrəblər hiyləgər və cəsur insanlardır. Bu bürcün nümayəndələri nağıl danışmağı çox sevir.