Berlində onlarla polis iti heyvanlara qarşı qəddarlıqla mübarizəyə yönəlmiş yeni qanuna görə xidmətdən kənarlaşdırılıb.
Lent.az-ın xarici mediaya istinadlaməlumatına görə, söhbət ondan gedir ki, əvvəllər hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti itləri cinayətkarlara yönəltmək üçün xüsusi boyunluqlardan istifadə edirdilər. Lakin yeni qanunun qüvvəyə minməsi ilə onların tətbiqi qanunsuzdur.
Bu səbəbdən Berlin polisi cinayətkarların tutulması, narkotik və partlayıcı maddələrin, habelə itkin düşmüş şəxslərin axtarışı əməliyyatlarında iştirak edən 130-a yaxın itdən 49-nu “məzunəyətə” göndərməyə məcbur olub.
Hüquq-mühafizə orqanları heyvanlara nəzarət etmək üçün yeni qanunvericiliyə zidd olmayacaq yeni üsul tapmalı olacaqlar.