Planetlər yaxınlaşır, əslində isə HƏQİQƏT FƏRQLİDİR
20 dekabr 2020 18:11 (UTC +04:00)

Planetlər yaxınlaşır, əslində isə HƏQİQƏT FƏRQLİDİR

Dekabrın 21-i Saturn və Yupiterin Yerə nəzərən bir-birinə ən yaxın olduğu gün olaraq qeydə alınacaq.

Bunu Lent.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.

O bildirib ki, 1226-cı ildən bu yana ümumi planetlər bu qədər "yaxın" görünməyib:"Yupiterlə Saturunun bu dərəcə yaxınlığı isə ən son 1623-cü ildə olub. Bu hal fəzada görüntü baxımından doğrudur. Onlar arasında bucaq məsafəsi təxminən 6 bucaq dəqiqəsi olacaq. 1226-cı ildə isə  2 dəqiqə olmuşdu. Lakin onlar arasında həqiqi məsafə 2020-ci ildə 733 milyon  km, 1226-cı ildə 730, 1623-cü ildə isə 1364 milyon km olub. Göründüyü kimi, onların bu yaxınlaşması yalnız fəzada görüntüsünə görə olacaq".

X.Mikayılov qeyd edib ki, əslində isə planetlər bir-birilərindən məsafəcə çox aralı olur: "Planetlərin bu görüntüsünün insanlar üçün heç bir təhlükəsi yoxdur".

O qeyd edib ki, planetlərin bu görüntüsünü dünyanın əksər ölkələrindən, o cümlədən Azərbaycandan da izləmək mümkün olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5157
avatar

Aygün İbrahimli

Oxşar yazılar