Pişiyə  isti olub-olmadığını   necə öyrənməli? –  Ağzına baxın
18 iyul 2024 17:39 (UTC +04:00)

Pişiyə isti olub-olmadığını necə öyrənməli? – Ağzına baxın

İtin dili ağzından sallanarsa, bu normal ola bilər. Ancaq pişiyin belə davrandığını görsəniz, bu təhlükədən xəbər verə bilər. 

Lent.az xəbər verir ki, belə hal pişiyin istidən əziyyət çəkdiyini göstərir. 

Bundan əlavə, heyvanın letargik, nəfəs darlığı və sevimli yeməyindən imtina etməsi də onun istilənməsinə aid əlamətlərdir. 

Bu vəziyyətdə sahibi təcili tədbirlər görməlidir. Bəs, pişiyi necə sərinlətmək olar? 

Pişiyin halını yüngülləşdirmək üçün boynuna və başına nəm dəsmal sarıyın.

Siz həmçinin ev heyvanınızın qarnını sərin su ilə nəmləndirə bilərsiniz,. Bu şəkildə soyudulmuş su bütün bədənə daha sürətli yayılacaq.

Pəncə yastıqlarını, burun və qulaqları su ilə nəmləndirməyiniz məsləhətdir. Əsas odur ki, içəriyə maye tökməyin.

Qeyd edək ki,  su buz kimi olmamalıdır, çünki belə bir temperaturda maye ürəyin işinə mənfi təsir göstərə və bəzi hallarda bu orqanın dayanmasına səbəb ola bilər.

Heyvanın vəziyyətinin düzəlmədiyini görsəniz, dərhal onu baytara aparın.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2637
avatar

Sevinc Fərid

Oxşar yazılar