Pişiklər necə yaranıb?  - Nuhun gəmisi ilə əlaqəli maraqlı bir versiya
09 iyul 2024 16:18 (UTC +04:00)

Pişiklər necə yaranıb? - Nuhun gəmisi ilə əlaqəli maraqlı bir versiya

Sevimli pişiklərimizin haradan gəldiyini heç düşünmüsünüzmü?

Lent.az xəbər verir ki, cavab almaq üçün tarixə müraciət etsək - o, bizə həm rəsmi, həm də o qədər də rəsmi olmayan bir neçə variantı göstərəcək.

Pişiyin mənşəyi əfsanəsi

Daha maraqlı və bəlkə də fövqəltəbii versiya ilə başlayaq: Əfsanə.

Rəvayətə görə, siçovullar və siçanlar Nuhun gəmisində nəzarətsiz şəkildə çoxalmağa başlayıb və bu gəmi sakinlərinin həyatı üçün təhlükə yaradıb. 

Nuh kömək istəmək üçün Allaha müraciət etmək qərarına gəlib. Rəbb onun duasını eşidib və aslanı asqırdıb. Aslan ağzını açıb və dünyanın ilk pişiyi çölə atılıb.

Rəsmi versiya

Uzun müddətdir ki, ilk pişiyin Qədim Misirdə əhliləşdirildiyinə inanılırdı. Lakin sonradan Kiprin məzarlıqlarında pişik qalıqları aşkar edilib ki, bu da alimlərə insan və pişik arasındakı dostluğun daha da uzun, 9500 ildən çox davam etdiyi qənaətinə gəlməyə imkan verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7980
avatar

Fidan İlqar

Oxşar yazılar