Təbiət müxtəlifliyi və bənzərsizliyi ilə insanları valeh edir. Ancaq təbiətdə elə quşlar var ki, onların qəribə xüsusiyyətləri onları digərlərindən fərqləndirir və təbiətin həqiqətən təəccüblü simasını açır.
Lent.az xəbər verir ki, bu günki xəbərimizdə peyin qoxusu verən quşdan uça bilməyən quşa qədər ən qəribə xüsusiyyətlərə malik 5 quş növünü sizə təqdim edirik:
1. Peyin iyi verən Hoatzin quşu
Amazonda yaşayan ibtidai növ olan hoatzin, bitki əsaslı qidalanması səbəbilə inək peyini kimi iy verir. Onlar inək kimi gövşəyən həzm sisteminə malik olan yeganə quş növüdür və inəklər kimi çox vaxt uzanaraq yeməklərini həzm edirlər.
2. Uça bilməyən yeganə qarabatdaq quşu olan: Qalapaqos qarabatdağı
Təxminən 30 qarabatat növündən yalnız Qalapaqos qarabatdağı uça bilmir. Bu qarabatdağa yalnız Qalapaqos adasında rast gəlmək olar.
3. Yeməyin ayağına gəlməyini gözləyən: Qurbağa ağızlılar
Bayquşlarla oxşarlığına görə bayquşla səhv salınan qurbağa ağızlılar ən qəribə quşlar sırasındadır. Onlar sabit bir yerdə dayanıb böcəklərin və digər xırda həşəratların ağzına daxil olmasını gözləməyə üstünlük verirlər.
4. Çiçəklərdən şirə çəkən: Qızılı kivi quşu (Apteriks)
Havay adalarında yaşayan bu quşlar meşələrdə gəzərək iynə kimi dimdiyi ilə çiçəklərdən şirə çəkir.
5. Bala timsahları belə yeyə bilən: Ayaqqabı dimdikli leyləklər
Digər zərif görünüşlü leyləklərdən fərqli olaraq, bu quş nəhəng və yöndəmsiz dimdiyi ilə Afrikanın şimal-şərqindəki bataqlıqlarda ovlanır. Ən sevimli ovu isə ibtidai balıq növü olan ağciyər balığıdır. Əsasən ağciyər balıqlarına üstünlük versə də, tısbağalar və timsah balalarını da ovlayır.