Peyğəmbərin  təsvir olunduğu tablo  77 milyona  satıldı - FOTO
29 yanvar 2022 10:14 (UTC +04:00)

Peyğəmbərin təsvir olunduğu tablo 77 milyona satıldı - FOTO

Dünyaca məşhur italyan rəssəm Sandro Bottiçelinin "Kədər adamı" adlı əsəri hərraca çıxarılıb. 

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, bu dəyərli tablo “Sotheby's” sərgi evində 45.4 milyon dollara (təxmini 77 milyon 175 min manat) satılıb. 

Bu möhtəşəm əsərin satışı 7 dəqiqə davam edib. 

Qeyd edək ki, tabloda İsa peyğəmbər təsvir olunub və 60 ilə yaxındır ki, şəxsi kolleksiyada saxlanılır. Onun təxmini 15-ci əsrin sonu və 16-cı əsrin əvvəllərində hazırlandığı güman edilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1821
avatar

Sevinc Fərid

Oxşar yazılar