Onun  1306 ayağı   var
26 dekabr 2021 18:12 (UTC +04:00)

Onun 1306 ayağı var

Avstraliyada 1306 ayağı olan canlı tapılıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, əvvəlki rekord 750 ayağı olan bir canlıdır.

Avstraliyalı zooloq Pol Marekin sözlərinə görə,  qırxayaqlarda adətən cəmi 100-200 ayaq olur və yeni rekordçunun ayaqlarını saymaq asan deyildi.

“Bu çoxayaqlının hər seqmentində dörd ayağı var, adi qırxayaqlarda isə yalnız ikisi var. Beləliklə, biz bu çoxayaqlının bütün hissələrini saydıq. Bilirsiniz, onun 330 seqmenti var idi, bu lap çoxdur”, - Marek söyləyib.

O, bu çırxayaqlının fotoaparatı ilə çox yüksək təsvir ölçüsündə şəklini çəkib, bundan sonra sayarkən səhvə yol verməmək üçün kompüterdə hər seqmenti fərqli rəngə boyayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar